BAKI, 15 fevral - Sputnik. Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts İlham Əliyevi Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Çox hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının dövlət başçısı seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Almaniya bundan sonra da Azərbaycana modernləşmə kursunda və hüquqi dövlətçilik strukturlarının möhkəmləndirilməsi yolunda dəstək verməyə hazırdır.
Sizinlə Münxen Təhlükəsizlik Konfransında görüşəcəyimizə şadam.
Ali dövləti fəaliyyətinizdə Sizə uğurlar arzulayıram".
08.02.24
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel İlham Əliyevi növbədənkənar prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
Bunu Ş.Mişel "X" hesabında yazıb:
“Prezident İlham Əliyevi yenidən seçilməsi münasibətilə təbrik etdim və yeni mandatı ilə bağlı ən xoş arzularımı bildirdim”.
O vurğulayıb ki, danışıq çərçivəsində əlaqə və enerji məsələləri daxil olmaqla Avropa İttifaqı-Azərbaycan münasibətləri və əməkdaşlığı müzakirə olunub:
“Ermənistan və Azərbaycan arasında normallaşma ilə bağlı da əsaslı müzakirələr aparıldı”.
Qeyd edək ki, İlham Əliyev fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində seçicilərin 92,05 faizinin səsini qazanaraq lider olub.