RUSİYA

Zaxarova Qarabağdakı sülhmərmalılarla bağlı suala cavab verdi

Rusiya XİN rəsmisi deyib ki, sülhməramlı kontingentinin fəaliyyətinə dair növbəti Rusiya-Azərbaycan təmaslarına hazırlıq davam edir.
Sputnik
BAKI, 14 fevral — Sputnik. Moskva və Bakı Rusiya sülhməramlılarının Qarabağda olması və oradakı erməni əhalisinin geri qaytarılması məsələsi ilə bağlı yeni təmaslar hazırlayır. TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə dair növbəti Rusiya-Azərbaycan təmaslarına hazırlıq davam edir. Bu sahədə dialoqumuz müntəzəm xarakter daşıyır və konstruktiv şəkildə qurulub. Müzakirə olunan məsələlər arasında erməni əhalisinin Qarabağa lazımi səviyyədə onların hüquq və təhlükəsizliyi i təmin olunmaqla qayıtması, birgə patrulların təşkili, mədəni, tarixi və dini irs abidələrinin mühafizəsi da var" - diplomat qeyd edib.

Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Yevdokimovun "İzvestiya" qəzetində dərc edilmiş müsahibəsi ilə bağlı yerli medianın sualına cavabında bildirmişdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 10 noyabr tarixli bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin Azərbaycan Respublikasında qalma müddəti 2025-ci ildə yekunlaşır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.