RUSİYA

Rusiya Çinlə əlaqələrin inkişafını ən mühüm vəzifə hesab edir - Lavrov

Bu il biz və çinli dostlarımız bütün tarixində ən yaxşı səviyyədə olan diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümünü qeyd edəcəyik.
Sputnik
BAKI, 14 fevral — Sputnik. Rusiya Çinlə hərtərəfli strateji tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir və bu istiqamətdə işi ən mühüm vəzifə kimi görür. Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Dövlət Dumasında hökumət saatı zamanı deyib.

"Biz ən mühüm vəzifəmiz kimi Çin ilə hərtərəfli strateji tərəfdaşlığı inkişaf etdirəcəyik. Bizim tərəfdaşlığımız dünya işlərində sabitləşdirici rol oynayır. İkitərəfli ticarət rekord sürətlə artır. Bu il biz və çinli dostlarımız bütün tarixində ən yaxşı səviyyədə olan diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümünü qeyd edəcəyik. Bunun əsasında Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpinin intensiv və etibarlı dialoqu dyanır" - Lavrov qeyd edib.

Sergey Lavrov deyib ki, Qərb Rusiyanın maraqlarını nəzərə almaq istəmir, ona görə də danışıqlar masası arxasında Ukrayna üzrə razılığa gəlmək variantları görünmür:
"Bizə müharibə elan edənlərin ciddi təklifləri yoxdur və istər bizim maraqlarımızı, istərsə də ərazidəki reallıqları nəzərə almaq istəmədiklərinə görə, razılığa gəlmək mümkün olmayacaq. görünmür", - deyə nazir bildirib.
Eyni zamanda, Lavrov Rusiya Federasiyasının Ukrayna ətrafındakı vəziyyətin siyasi və diplomatik yolla nizamlanmasına açıq olduğunu vurğulayıb.
"Rusiya Prezidenti Vladimir Putin Taker Karlsona müsahibəsində vurğuladı ki, qanuni maraqlarımızı, uzun illər ərzində formalaşmış reallıqları nəzərə almaqla, siyasi və diplomatik həllə açıq qalırıq" - Rusiya XİN rəhbəri bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.