RUSİYA

Lavrov G20 XİN rəhbərlərinin iclasında iştirak edəcək - Zaxarova

Rusiya XİN rəsmisi deyib ki, bəzi Qərb ölkələri Rusiyanın prezident seçkiləri zamanı seçki məntəqələrində təhlükəsizliyin təmin edilməsi tələbini hələ də təsdiq etməyib.
Sputnik
BAKI, 14 fevral — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 19-da Kubaya səfər edəcək və ölkə prezidenti Migel Diaz-Kanel və respublikanın xarici işlər naziri Bruno Rodrigez Parrilla ilə danışıqlar aparacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

"XİN rəhbəri Latın Amerikasına səfəri çərçivəsində fevralın 20-də Venesuelaya səfər edəcək və bu ölkənin prezidenti Nikolas Maduro ilə görüş planlaşdırılıb. Səfər zamanı ölkə prezidenti və Venesuelanın vitse-prezidenti ilə görüşlər və danışıqların aparılması planlaşdırılır. Sergey Lavrov fevralın 21-dən 22-dək Braziliyada keçiriləcək G20 xarici işlər nazirlərinin toplantısında iştirak edəcək" - Zaxarova deyib.

Diplomat əlavə edib ki, tərəflər ikitərəfli münasibətlər, dialoqun dərinləşdirilməsi və beynəlxalq gündəm məsələlərini müzakirə edəcəklər.
Rusiya XİN rəsmisi deyib ki, bəzi Qərb ölkələri Rusiyanın prezident seçkiləri zamanı seçki məntəqələrində təhlükəsizliyin təmin edilməsi tələbini hələ də təsdiq etməyib.
"Qeyd edirik ki, seçki məntəqələrində təhlükəsizlik vəziyyəti ciddi narahatlıq doğurur. İndiyədək Avropa və Amerikanın bir sıra ölkələri təhlükəsizliyin və ictimai asayişin təmin edilməsi və qorunmasında Rusiyanın yardım tələbinə cavab verilməyib" - diplomat vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.