AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq

Şuşa şəhərində “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı keçirilir.
Sputnik
BAKI, 11 may — Sputnik.Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq.
Bu sözləri Prezident İlham Əliyev “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxışı zamanı deyib.
“Arzum budur, əminəm, bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra burada ancaq musiqi sədaları səslənsin”,- deyə dövlət başçısı qeyd edib.
Qarabağın dirçəlişi və reinteqrasiyası
Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir