DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan prezidenti Silahlı Qüvvələrin rəhbərliyində mühüm təyinatlar edib

Prezident, həmçinin Baş Qərargah rəisinin birinci müavini general-leytenant Kamo Koçuntsu tutduğu vəzifədən uzaqlaşdırıb.
Sputnik
BAKI, 14 fevral — Sputnik. Ermənistan prezidenti Vaaqn Xaçaturyan silahlı qüvvələrin rəhbərliyində bir sıra mühüm təyinatlar edib.
"Sputnik Ermənistan" xəbər verir ki, V.Sarkisyan adına Hərbi Akademiyanın rəisi polkovnik Artur Yeroyan Baş Qərargah rəisinin müavini təyin edilib.
Digər sərəncamla Ermənistan-Rusiya Birləşmiş Qoşunlar Qrupuna general-mayor Artak Budaqyan rəhbərlik edib.
Prezident, həmçinin Baş Qərargah rəisinin birinci müavini general-leytenant Kamo Koçuntsu tutduğu vəzifədən uzaqlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.