BAKI, 14 fevral — Sputnik. Alimlər müəyyən ediblər ki, uzunömürlülərin qanı digər insanların qanından fərqlidir. Xüsusilə, onlar orqanizmdə iltihabla əlaqəli olan və bir çox xəstəliklərin inkişafına səbəb olan 12 qan biomarkerini təhlil ediblər.
Bu barədə "Rambler" məlumat yayıb.
Nəticədə məlum olub ki, uzunömürlü insanlarda 60 yaşdan başlayaraq qanda sidik cövhəri, kreatinin və sidik turşusunun səviyyəsi azalmağa başlayır. "GeroScience" bildirib ki, əksər biomarkerlər üçün onların orta dəyərləri digərləri ilə, təxminən eyni olub.
Elm adamları hesab edir ki, göstəricilərdəki bu fərq bəzi insanların uzunömürlülüyünü izah edə bilər. Nəticələrə əsasən, onlar insan ömrünün uzunluğunu artıra biləcəklərinə ümid edirlər.