RUSİYA

ABŞ və Aİ-nin Rusiyanın tərəfdaşlarına təzyiqi həddindən artıqdır - Lavrov

Rusiya 2024-cü ildə Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik edəcək - bu vəzifə ona Qırğızıstandan keçib.
Sputnik
BAKI, 14 fevral — Sputnik. Bir çox dövlətlər ABŞ və Avropa İttifaqının hədsiz təzyiqlərinə baxmayaraq, Rusiya ilə münasibətlərin qurulmasında maraqlı olduqlarını bildirirlər. Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Dövlət Dumasında hökumət saatı zamanı deyib.

"Kollektiv Qərbin düşmən xətti təkcə təhdidlər yaratmır, həm də yaxın xariclə, eləcə də qlobal Cənub və Şərqlə çoxşaxəli əlaqələrin gücləndirilməsinin vacibliyinə əsaslanaraq müxtəlif coğrafi istiqamətlərdə fəaliyyətimiz üçün əlavə imkanlar açır. Dünyanın əksər dövlətləri bizimlə münasibətlərin bərabər, bir-birinin maraqlarına hörmət əsasında qurulmasında səmimi maraqlı olduqlarını bildirirlər" - Lavrov deyib.

"Bizim mütləq prioritetimiz Avrasiyadakı ən yaxın qonşularımızla müxtəlif tərəfdaşlıq əlaqələrinin daha da genişləndirilməsidir. Bu il Rusiyanın MDB-də sədrliyi bu problemin həllinə yönəlib" - nazir əlavə edib.
Rusiya 2024-cü ildə Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik edəcək - bu vəzifə ona Qırğızıstandan keçib. Moskvanın sədrliyi proqramına 150-yə yaxın tədbir daxil ediləcək, onlardan biri oktyabrın 8-də Rusiya paytaxtında keçirilməsi planlaşdırılan növbəti sammit olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.