SƏHİYYƏ

ÜST-nin başçısı: Dünya yeni pandemiyaya hazır deyil

COVID-19 pandemiyasından aldığımız ağrılı-acılı dərslər unudulmaq riski qarşısındadır, çünki diqqət dünyamızın qarşılaşdığı digər çoxsaylı böhranlara yönəlir deyən Qebreyesus xəbərdarlıq edib ki, bu, onlara növbəti dəfə baha başa gələcək.
Sputnik
BAKI, 13 fevral — Sputnik. COVID-19-dan aldığımız ibrət dərsləri unudula bilər, çünki dünya ictimaiyyətinin diqqəti hazırda başqa böhranlar üzərində cəmləşib, dünya yeni pandemiyaya hazır deyil.
Bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Dubayda keçirilən Ümumdünya Hökumət Sammitindəki çıxışında bildirib.
O bəyan edib ki, bəşəriyyət gec-tez yeni "X xəstəliyi" ilə üz-üzə qalacaq və buna artıq indidən hazırlaşmaq lazımdır.
COVID-19 pandemiyasından aldığımız ağrılı-acılı dərslər unudulmaq riski qarşısındadır, çünki diqqət dünyamızın qarşılaşdığı digər çoxsaylı böhranlara yönəlir deyən Qebreyesus xəbərdarlıq edib ki, bu, onlara növbəti dəfə baha başa gələcək. Onun sözlərinə görə, söhbət yeni pandemiyanın baş qaldırıb-qaldırmayacağından yox, bunun nə vaxt baş verəcəyindən gedir.
"İşlərin hazırkı vəziyyəti ilə bağlı dünya əvvəlki kimi növbəti "X xəstəliyi"nə və daha bir pandemiyaya hazır deyil. Əgər bu, sabah baş verərsə, o halda dünya COVID-19-la bağlı vəziyyətdəki kimi eyni problemlərin əksəriyyəti ilə qarşılaşardı", ÜST-nin başçısı bildirib.
Baş direktor onu da qeyd edib ki, yeni pandemiya qrip virusu və ya daha bir koronavirusla, yaxud da hətta bilmədiyimiz yeni patogen ilə, - buna görə biz onu "X xəstəliyi" adlandırırıq, - yarana bilər.
Qebreyesus xatırladıb ki, "X xəstəliyi" terminini ÜST-də ilk dəfə 2018-ci ildə barəsində mütəxəssislərə heç nə məlum olmayan, lakin buna hazırlaşmaq lazım olması barədə xəstəliyi işarələmək üçün istifadə olunub.