BAKI, 13 fevral — Sputnik. Ukraynanın Rusiyanı hərbi qarşıdurmada məğlub etmək imkanı yoxdur. Bu sözləri jurnalist Taker Karlson ABŞ senatoru Ceyms Devid Venslə müsahibəsində deyib.
Onun sözlərinə görə, buna, hətta Qərb ölkələrinin pulu da kömək edə bilməyəcək. Rusiya hərbçilərini Ukraynanın şərqindəki bölgələrdən sıxışdırıb çıxarmaq, demək olar ki, mümkün deyil.
Karlson Qərbin köməyinin mənasız olmaqla yanaşı, həm də təhlükəli olduğuna da diqqət çəkib. O, xəbərdarlıq edib ki, bu pullar "daha çox sayda ukraynalının ölümü üçün" gedir.
"Həm də Qərb iqtisadiyyatının bundan sonrakı deqradasiyası üçündür" - Karlson əlavə edib.
Xatırladaq ki, Amerikalı jurnalist keçən həftə Rusiya lideri Vladimir Putinlə söhbət edib. Karlson bəyan edib ki, o, Ukraynadakı vəziyyəti birinci əldən öyrənmək və Rusiya Federasiyasının mövqeyini amerikalılara çatdırmaq niyyətindədir. Bundan əvvəl Ukrayna nümayəndələri Putinin Karlsonla müsahibəsinin ABŞ ictimaiyyətinin rəyinə mənfi təsir göstərə biləcəyini bildiriblər. Bu, Ukraynaya yardımın göstərilməsi məsələsinə təsir edəcək.
09.02.24, 22:21
Rusiyanın Avropaya hücum edəcəyinə ancaq axmaqlar inana bilər
Moskvanın Avropaya hücum edəcəyinə yalnız axmaq inana bilər. Bunu amerikalı jurnalist Taker Karlson Rusiya prezidenti Vladimir Putinlə müsahibədən sonra deyib.
"Rusiya ekspansiya ilə məşğul deyil. Bağışlayın, mən belə bir şey deməməliyəm, çünki Dövlət Departamentini idarə edən ideoloji yalançılar Putini Hitlerə, Yaponiya imperatoruna çevirmək istəyirlər. Bu doğru deyil, bu axmaqlıqdır. Rusiya onsuz da böyükdür, dünyada ən böyüyüdür" , Karlson öz internet səhifəsində yerləşdirdiyi videoda bildirib.
Karlson Rusiya niyə Polşaya getməsi ilə maraqlanıb, axı Moskva sadəcə olaraq sərhədlərdə təhlükəsizlik istəyir.
"Onların Vyanaya gedəcəyini düşünmək üçün axmaq olmalısan, bunun heç bir sübutu yoxdur" deyən jurnalist Vaşinqtondakı peşəkar yalançıların qərbliləri bunun əksinə inandırmağa çalışdığını bildirib.
Jurnalist qeyd edib ki, Rusiyanın kifayət qədər təbii sərvətləri var, ölkədə müxtəlif millətlərin nümayəndələri yaşayır, insanlar müxtəlif dillərdə danışır və belə bir dövləti idarə etmək asan deyil.
O əlavə edib ki, nüvə potensialına malik Rusiyanı zəif dövlətə çevirmək cəhdləri ağlabatan deyil və belə bir nəticədən ABŞ özü zərər görəcək.
"Bizi axmaq adamlar idarə edir: Prezident və Viktoriya Nuland" - deyən Karlson ABŞ-ın Liviya və İraq da daxil olmaqla digər ölkələrdə hakimiyyəti devirmək cəhdlərinin nəticələrini şübhə altına aldığını bildirib.
Jurnalist əlavə edib ki, onda belə təəssürat yaranıb ki, Putin Qərb tərəfindən rədd edilməsindən dərin inciyib, Moskvada avropaçılıq nəinki görünür, hətta mədəni səviyyədə də hiss olunur.
Vladimir Putin müsahibəsində bildirib ki, Rusiya qoşunları Polşaya yalnız Rusiya Federasiyasına hücum edəcəyi təqdirdə göndərilə bilər, Moskvanın orada maraqları yoxdur.