RUSİYA

Putin Ukrayna ilə sərhəddə xüsusi iqtisadi zonanın yaradılmasını tapşırıb

Tapşırığın icrasına cavabdeh Baş nazir Mixail Mişustin və Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov təyin edilib.
Sputnik
BAKI, 13 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sərhəddə xüsusi iqtisadi zonanın yaradılması barədə göstəriş verib. Söhbət Belqorod vilayətindən gedir. Bu maddə Kremlin saytında dərc olunan siyahıda yer alıb.
Rusiya dövlət başçısının sərəncamına əsasən, xüsusi iqtisadi zonaya Şebekino şəhəri daxil edilməlidir. Tapşırığın icrası Rusiya və Belqorod vilayətinin hökumətlərinə həvalə edilib. Sənəddə deyilir ki, səlahiyyətlilər qarşıya qoyulan vəzifəni 2024-cü il mayın 15-dən gec olmayaraq yerinə yetirməlidirlər.
Tapşırığın icrasına cavabdeh Baş nazir Mixail Mişustin və Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov təyin edilib.