RUSİYA

Kreml Azərbaycan və Ermənistana çağırış edib

Vladimir Putinin mətbuat katibi Azərbaycanla Ermənistan sərhədində baş verən gərginliyi şərh edib.
Sputnik
BAKI, 13 fevral — Sputnik. Rusiya Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırıb.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Azərbaycanla Ermənistan sərhədində baş verən gərginliyi şərh edərkən bildirib.
O, Azərbaycanla Ermənistan arasında təmas xəttindən həyəcanlı xəbərlər gəldiyini söyləyib.
Qeyd edək ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb. Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq "Qisas əməliyyatı" keçirib.