BAKI, 12 fevral — Sputnik. Yüzlərlə alman sakini Aşağı Saksoniya federal əyalətində "Rheinmetall" konserni üçün yeni sursat zavodunun tikintisinə etiraz aksiyasına çıxıblar.
Bu barədə yerli "NTV" telekanalı məlumat yayıb.
Hüquq-mühafizə orqanları nümayişin dinc şəraitdə keçdiyini qeyd ediblər. Aksiyada Unterlyus kəndinə gedən yolları bağlayan fermerlər də iştirak edirlər. Fermerlər orada 300-ə yaxın traktor yerləşdiriblər.
Oxşar mitinq Südhaydedə də keçirilib. Burada onlarla insan "silah siyasətinə" etiraz edib və hökuməti gərginliyi azaltmağa çağırıb.
Daha əvvəl Almaniyanın yeni müdafiə planında alman vətəndaşlarının müstəqil olaraq sığınacaq yaradacağını nəzərdə tutan məlumatlar ortaya çıxıb. Həmin sənəddə Şimali Atlantika Alyansı ilə Rusiya arasında qarşıdurma və 2024-cü ilin yazında Ukraynanın məğlubiyyəti proqnozlaşdırılıb.