BAKI, 12 fevral — Sputnik. ABŞ Ukrayna və Yaxın Şərqdə strateji məğlubiyyətə uğrayır, Ağ Evin isə ehtiyat planı yoxdur.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin sabiq kəşfiyyatçısı Skot Ritter "YouTube"nin "Dialogue works" kanalına müsahibəsində deyib.
"Rusiya qalib gəlir və Ukraynada da qalib gələcək. ABŞ-ın bunu dayandırmaq üçün edə biləcəyi heç nə yoxdur" - Ritter bildirib.
Mütəxəssis əlavə edib ki, ABŞ ordusunun husilərə hücumları Vaşinqtonun qeyri-müəyyən mövqeyindən başqa heç bir təsir göstərməyib. Ritter hesab edir ki, ABŞ-ın başqa planı yoxdur və bu, Amerikanın total strateji məğlubiyyətinə səbəb olacaq.
Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Vaşinqtonun Moskva ilə razılığa gəlməsi və Rusiya Federasiyasının öz maraqları uğrunda sona qədər mübarizə aparacağını başa düşməsi daha yaxşıdır. Rusiya lideri vurğulayıb ki, ABŞ Rusiyaya və dövlətin maraqlarına hörmət etməlidir.