BAKI, 11 fevral - Sputnik. NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Şimali Atlantika Alyansı Rusiya Federasiyası ilə onilliklər davam edə biləcək çoxillik qarşıdurma ehtimalına hazırlaşmalıdır.
“Welt am Sonntag” bu barədə yazıb.
O, həmçinin Avropa müdafiə şirkətləri üçün sifarişlərin artırılmasına və sürətləndirilməsinə çağırıb. Stoltenberqin fikrincə, hazırda ən yaxşı müdafiə Ukraynaya dəstək və NATO-nun hərbi potensialına investisiya qoyuluşudur.
“Biz tez bir zamanda sənaye bazamızı bərpa etməli və genişləndirməliyik ki, həm Ukraynaya tədarükü, həm də öz ehtiyatlarımızı artıra bilək” - Stoltenberq sözünü yekunlaşdırıb.
Eyni zamanda, baş katib vurğulayıb ki, alyans guya Rusiya ilə birbaşa münaqişəyə can atmır.