RUSİYA

RF XİN Rusiyanın Qərbdəki aktivlərinin dondurulmasını iqtisadi quldurluq adlandırıb

Rusiya Federasiyasının “suveren ehtiyatlarını” müsadirə etmək cəhdi beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndiriləcək.
Sputnik
BAKI, 11 fevral - Sputnik. Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarının və təşkilatlarının Qərbdə aktivlərinin dondurulmasını iqtisadi banditizm hesab edir.
Bu barədə “RİA Novosti” nazirliyə istinadən xəbər verib.
“Biz Rusiyanın, vətəndaşlarımızın və şirkətlərimizin aktivlərinin dondurulması deyilən hər hansı bu kimi addımları “kollektiv Qərb” tərəfindən iqtisadi quldurluq kimi qiymətləndiririk” – Aİ-nin fevral ayında keçirilən sammiti zamanı Avropa Komissiyasının dondurulmuş Rusiya aktivlərinin gəlirlərindən Ukraynaya dəstək üçün istifadə edilməsi ilə bağlı təklifinin təsdiqlənməsi ilə əlaqədar Rusiya Xarici Işlər Nazirliyindən agentliyə bildirilib.
Nazirlik qeyd edib ki, Rusiya Federasiyasının “suveren ehtiyatlarını” müsadirə etmək cəhdi beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndiriləcək.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Qərbdəki aktivlərini müsadirə etmək cəhdlərinə adekvat və effektiv cavab verəcəyi barədə xəbərdarlıq etmişdi.