RUSİYA

Ernandes: Karlsonun Putinlə müsahibəsi ABŞ-da zəlzələ effekti yaradacaq

Yazıçının sözlərinə görə, sadə amerikalılar indi münaqişənin reallığını dərk edirlər.
Sputnik
BAKI, 11 fevral — Sputnik. Rusiya Pezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsonla müsahibəsi Vaşinqtonda zəlzələ effekti yaradacaq və insanlara Ukrayna münaqişəsi ilə bağlı həqiqətləri açacaq.
Bu barədə "RİA Novosti" salvadorlu yazıçı və fəlsəfə doktoru Devid Ernandesin söylədiklərinə istinadən xəbər verib.
Yazıçının sözlərinə görə, sadə amerikalılar indi ABŞ siyasətçilərinin NATO ilə birlikdə dinc Rusiya xalqına qarşı apardığı qarşıdurmanın reallığını bilirlər. O, həmçinin qeyd edib ki, müsahibə Putinin siyasi müdrikliyi və tarixin ətraflı təhlil etməsi ilə seçilib.
Ernandes qeyd edib ki, ABŞ təcavüzə milyardlarla dollar xərcləyir bə bu da dünya sülhünə xidmət etmir, amma Amerika hərbi kompleksinin mənfəətini artırır.
Xatırladaq ki, jurnalist Taker Karlson 2024-cü il fevralın 8-dən 9-na keçən gecə Rusiya Prezidenti Vladimir Putinlə baş tutan müsahibəsini dərc edib. Söhbət zamanı Karlson dövlət başçısı xüsusi hərbi əməliyyatın (XHƏ) başlanmasından və Moskvanın sülh danışıqlarına hazır olmasından danışıb.