BAKI, 11 fevral - Sputnik. Çernobıl Atom Elektrik Stansiyasının yaxınlığında yaşayan mutant canavarların xüsusi genləri var. Prinston Universitetinin (ABŞ) bioloqu Kara Love tərəfindən aparılan araşdırmada bildirilir ki, radiasiya zəhərlənməsi nəticəsində yaranan xərçəngə qarşı immunitet formalaşır. Bu barədə Octagon yazır.
2014-cü ildə alim təcrid zonasına gəlib və heyvanın bədəninin xərçəngə səbəb olan radiasiyaya reaksiyasını anlamaq üçün yerli canavarlardan qan testləri götürüb.
Alimlər xüsusi yaxalıqlardan istifadə edərək yırtıcıların harada olduğu, həmçinin onların bədənlərinin məruz qaldığı radiasiya göstəriciləri haqqında məlumat əldə ediblər.
“Kara Lav kəşf etdi ki, Çernobıl canavarları radiasiya müalicəsi alan xərçəng xəstələri kimi immun sistemlərini dəyişib. O, canavar genomunun artan xərçəng riskinə davamlı görünən xüsusi bölgələrini müəyyən edib" - məqalədə bildirilir.
Mütəxəssislər müəyyən ediblər ki, Çernobıl canavarları həyatları boyu hər gün 11,28 milliremdən çox radiasiyaya məruz qalırlar. Bu, adi bir işçi üçün qanuni təhlükəsizlik limitindən altı dəfə artıqdır.
İtlərin və canavarların bədəni xərçənglə demək olar ki, insan orqanizmi kimi mübarizə aparır. Tədqiqat xərçəngdən sağ qalma şansını artıran qoruyucu mutasiyaları müəyyən etməli idi, lakin Love və onun həmkarları pandemiya və xüsusi hərbi əməliyyat üzündən Çernobıl AES-i tərk etmək məcburiyyətində qalıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.