RUSİYA

ABŞ Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin normal işinə müdaxilə edir

Hazırda rus diplomatların qohumlarının Nyu-Yorka gəlişinə qadağa qoyulub.
Sputnik
BAKI, 11 fevral - Sputnik. Birləşmiş Ştatlar Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin fəaliyyətini mümkün qədər narahat etməyə sadiqdir.
Bu sözləri ölkənin qurumdakı daimi nümayəndəsi Vasili Nebenzya “TASS” agentliyinə müsahibəsində deyib.
Belə ki, onun sözlərinə görə, hazırda rus diplomatların qohumlarının Nyu-Yorka gəlişinə qadağa qoyulub. Amerika hakimiyyəti tərəfindən cinayət yolu ilə müsadirə edilən Lonq-Aylenddə diplomatik mülkiyyət məsələsi də həllini tapmır.
Bundan əlavə, xüsusi xidmət orqanları mütəmadi olaraq rus işçiləri işə götürmə yanaşmaları həyata keçirirlər. Onlar tez-tez küçələrdə belə təqib olunurlarlar.
"Bütün bunlar rus diplomatlarına psixoloji təzyiq göstərmək üçündür",- Nebenzya vurğulayıb.
Qeyd edək ki, diplomat daha əvvəl də Rusiya Federasiyasının beynəlxalq aləmdə əhəmiyyətini qeyd edib. Qlobal problemləri fəal vasitəçilik rolunu oynamaqda davam edən Moskvanın iştirakı olmadan həll etmək mümkün deyil.