DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropa yaxın bir neçə onillikdə dona bilər

Alimlər hesab edirlər ki, bir neçə onilliklər ərzində Avropanın şimal-qərbində temperatur 9-dan 27 dərəcəyə enəcək, Cənub yarımkürəsində isə istilik əhəmiyyətli dərəcədə artacaq.
Sputnik
BAKI, 11 fevral — Sputnik. Alimlər proqnozlaşdırırlar ki, Atlantik okeanında isti cərəyanların qəfil dəyişməsi üzündən Avropa bir neçə onillikdən sonra dona bilər. Bu barədə “Science Advances” jurnalında dərc olunan məqalədə bildirilir.
Klimatoloqlar Atlantik Meridional Dövriyyəni (AMD) izləmək üçün kompleks çoxfaktorlu modelləşdirmə aparıblar. Bu isti cərəyanın dağılması iqlim xaosuna səbəb olmaqla bütün dünyada hava şəraitini kəskin şəkildə dəyişəcək.
Avropanın şimal-qərbində temperaturun bir neçə onillik ərzində 9-27 dərəcə aşağı düşəcəyi, Cənub yarımkürəsindəki istiliyin əhəmiyyətli dərəcədə artması, qlobal yağıntıların normasını dəyişdirməsi və Amazon ekosistemlərini pozması gözlənilir.
Bir sıra alimlər bunun bütün dünyada qida və içməli su çatışmazlığına səbəb olacağını proqnozlaşdırırlar. Alimlər iqlim dəyişikliyi ilə əlaqədar qida iğtişaşları riski barədə xəbərdarlıq ediblər AMD dünyanın müxtəlif dərinliklərində duzlu və isti su axınını hərəkət etdirən, Yerin temperaturunu tənzimləməyə, karbon qazını udmağa kömək edən və su dövranını qoruyan mürəkkəb qlobal okean axınları sisteminin bir hissəsidir.
Əvvəllər AMOC-un dağılmasının bir neçə əsr ərzində baş verə biləcəyi düşünülürdü. Səbəb qlobal istiləşmədir ki, bu da Qrenlandiyada buzların əriməsi nəticəsində böyük miqdarda şirin suyun Şimali Atlantikaya axmasına, dövriyyənin yavaşlamasına səbəb olur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.