DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya iqtisadiyyatı uzunmüddətli müharibəyə hazırlanır - NATO-nun Baş katibi

Alyansın Baş katibi Yens Stoltenberq deyib ki, NATO Rusiya ilə müharibə istəmir.
Sputnik
BAKI, 10 fevral — Sputnik. NATO Rusiya ilə onilliklərlə davam edə biləcək çoxillik qarşıdurma ehtimalına hazırlaşmalıdır.
Bunu Alyansın Baş katibi Yens Stoltenberq deyib.
O bildirib ki, NATO Rusiya ilə müharibə istəmir. Eyni zamanda Avropa müdafiə şirkətləri üçün sifarişlərin artırılmasına və sürətləndirilməsinə çağırıb.
Baş katib iddia edib ki, Rusiya Ukraynadakı müharibədən qalib çıxsa, bu dövlətin başqa ölkələrə hücum etməyəcəyinə kimsə zəmanət verə bilməz: “Hazırda ən yaxşı müdafiə Ukraynaya dəstək və NATO-nun hərbi potensialına investisiya qoymaqdır”.
Baş katib vurğulayıb ki, Rusiya iqtisadiyyatı uzunmüddətli müharibəyə hazırlanır: “Rusiya bütün iqtisadiyyatını müharibəyə yönəldir. Biz də təhlükəsizliyimiz üçün daha çox şey etməliyik”.
Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorios isə söyləyib ki, qarşıdakı illərdə Rusiya ilə Alyans arasında savaş başlaya bilər. NATO Baş katibi Yens Stoltenberq isə bildirmişdi ki, Alyans Rusiya ilə müharibənin qarşısını almağa çalışır (Report).
Daha əvvəl Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Patrik Sanders Rusiya ilə müharibəyə hazır olmaqla bağlı əhaliyə xəbərdarlıq edib.
23.01.24, 21:00
NATO Rusiya tərəfdən birbaşa təhlükə görmür
NATO Rusiyadan alyansın heç bir müttəfiqi üçün təhlükə görmür.
Bu bəyanatla təşkilatın baş katibi Yens Stoltenberq çərşənbə axşamı keçirdiyi brifinqdə çıxış edib.
"Biz heç bir müttəfiqə qarşı birbaşa və dərhal təhdid görmürük", – "RİA Novosti" Stoltenberqdən sitat gətirib.
Baş katib əlavə edib ki, NATO Rusiya Federasiyasının hərəkətlərini diqqətlə izləyir. Eyni zamanda, alyans blokun şərq cinahında sayıqlığını və mövcudluğunu artırır. Onun sözlərinə görə, NATO-nun əsas məqsədi müttəfiqlərindən hər hansı birinə hücumun qarşısını almaqdır.
Bundan əvvəl Stoltenberq bildirib ki, Ukrayna NATO-dan alyansa qoşulmaq üçün tövsiyələr alıb.