ELM

RF EA gələcəyin hərbi münaqişələrinə yanaşmaların işlənib hazırlanmasında iştirak edir

Alimlər hüquq-mühafizə orqanları ilə birgə işləyirlər.
Sputnik
BAKI, 10 fevral - Sputnik. Rusiya Elmlər Akademiyası gələcək hərbi münaqişələrə yeni yanaşmalar hazırlayır. Belə ki, onlar silahların inkişafı tendensiyalarının izlənməsində iştirak edirlər.
Bunu Rusiya Elmlər Akademiyasının rəhbəri Gennadi Krasnikov “RİA Novosti”yə müsahibəsində deyib.
O, Rusiyanın xüsusi əməliyyatını müasir hərbi münaqişə adlandırıb. Bu münaqişə zamanı ölkədə silahların təkmilləşdirilməsi, yeni texnikaların yaradılması və yanaşmaların hazırlanması istiqamətində işlər aparılır.
“Əlbəttə, bunlara nəzarət etmək çox vacibdir. O cümlədən gələcəkdə hərbi əməliyyatların necə inkişaf edəcəyinə baxmaq da, həmçinin” - Krasnikov bildirib.
Alimlər hüquq-mühafizə orqanları ilə birgə işləyirlər. Onlar hərbi texnikanın baş konstruktorları ilə birlikdə tədqiqat proqramını tərtib ediblər və nəticə əldə etməyə hazırdırlar.
"Akademiya, əlbəttə ki, bütün bu hadisələrin içərisindədir" - Rusiya Elmlər Akademiyasının rəhbəri əlavə edib.
Bundan əvvəl bildirilmişdi ki, rusiyalı alimlər xüsusi əməliyyat zonasında tapşırıqları yerinə yetirən Rusiya Silahlı Qüvvələrinin hərbçiləri üçün unikal zirehli jiletlər yaratmağa imkan verən yeni materiallar hazırlayıblar.