BAKI, 10 fevral — Sputnik. Son bir neçə gün ərzində Kremlə xarici KİV-dən Rusiya prezidenti Vladimir Putindən müsahibə almaq üçün onlarla müraciət daxil olub.
Bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Son üç-dörd gün ərzində bizə xarici mediadan Putinlə müsahibə üçün onlarla müraciət daxil olub. Bunlar ABŞ, Böyük Britaniya, Avstriya, Avstraliyadır. Məlum səbəblərə görə, hazırda bunu etmək mümkün deyil, lakin bu müraciətləri gələcək üçün nəzərdə tutacağıq" - Kreml nümayəndəsi bildirib.
O, xarici mediaya Rusiya lideri ilə maraqlandıqlarına görə təşəkkür edib.
Peskov qeyd edib ki, Putinin amerikalı jurnalist Taker Karlsonla fevralın 9-da dərc olunan müsahibəsi əsas xəbərlərdən biri olub. Bundan əvvəl məlum olmuşdu ki, bu müsahibəyə X* sosial şəbəkəsində artıq 60 milyon dəfədən çox baxılıb.