BAKI, 10 fevral — Sputnik. Almaniyada ölkənin xarici işlər naziri Annalena Berbokun babasının ideoloji nasist olduğu barədə Vermaxt dosyesi üzə çıxıb.
Bu barədə məlumatı "Bild" arxiv sənədlərinə istinadən yazıb.
"Valdemar Berbok, sadəcə bir zabit deyil, həm də nasizmin qızğın tərəfdarı idi" - nəşr qeyd edib.
Bildirilib ki, anım tədbirləri zamanı xarici işlər nazirinin haqqında danışmağı sevdiyi babası müharibə illərində zenit silahlarını təmir edən bölmələrdən birində mühəndis vəzifəsində çalışıb və Hitlerin "Hərbi Xidmətlərə görə" Xaç ordeninə layiq görülüb.
Nəşrin şərh almaq üçün əlaqə saxladığı Almaniya Xarici İşlər Nazirliyi, şöbə müdirinin babasının tərcümeyi-halının bu təfərrüatlarından xəbərsiz olduğunu bildirib.
Bundan əvvəl Almaniya kansleri Olaf Şoltsun babasının SS generalı olduğu və Narva yaxınlığındakı döyüşlər zamanı ölümcül yaralandığı bildirilmişdi.