BAKI, 9 fevral — Sputnik. Müstəqil Dövlətlər Birliyində qurulmuş münasibətlər ənənələri dövlətlərin suverenliyi əsasında qarşılıqlı fəaliyyəti gücləndirməyə, eləcə də MDB xalqlarının maraqlarına uyğun problemlərin həllinə kömək edir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Diplomatlar Günü münasibətilə çıxışı zamanı deyib.
"Biz bu həmrəyliyi yüksək qiymətləndiririk, ümumi problemləri həll edirik, əsası qoyulmuş ənənələri davam etdiririk. Birliyimiz təkcə ölkələrimizin suverenliyinə əsaslanan qarşılıqlı fəaliyyətimizi gücləndirməyə deyil, həm də bütün xalqların mənafeyinə uyğun problemlərin həllinə kömək edir".
Rusiyada hər il fevralın 10-da Diplomatik İşçi Günü - Rusiya diplomatlarının peşə bayramı qeyd olunur. Tarix Rusiya prezidenti Vladimir Putinin 31 oktyabr 2002-ci il tarixli fərmanı ilə müəyyən edilib.