DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstanda bazarında atışma olub, ölənlər var

DİN yaralı şəxsin və ölənlərdən birinin hücumu törədənin qohumları olduğunu açıqlayıb.
Sputnik
BAKI, 9 fevral — Sputnik. Gürcüstanın Rustavi şəhərində fəaliyyət göstərən İstanbul bazarı ərazisində baş vermiş atışma zamanı 4 nəfər həlak olub.
Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) yayıb.
Bildirilib ki, 1988-ci il təvəllüdlü Q.O. bazar ərazisinə gələrək bir neçə dəfə atəş açıb.
Hadisə nəticəsində yaralanmış daha 1 nəfər isə xəstəxanaya yerləşdirilib.
İnsidenti törədən şəxsin hadisə yerində saxlanıldığı bildirilib.
DİN yaralı şəxsin və ölənlərdən birinin hücumu törədənin qohumları olduğunu açıqlayıb.
Faktla əlaqədar istintaq başladılıb.