BAKI, 9 fevral — Sputnik. AYNA tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.
Sputnik Azərbaycan-ın Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbərinə görə, fevralın 10-dan Zığ qəsəbəsi – "Neftçilər" metro stansiyası istiqamətində fəaliyyət göstərən 43 nömrəli şəhərdaxili, fevralın 11-dən isə Ramana qəsəbəsini "8-ci kilometr bazarı" ilə əlaqələndirən 214 nömərli şəhərətrafı müntəzəm marşrutları nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.