DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukrayna Milli Bankının çirkli pulları yuyan sabiq rəhbərinin işi Avstriyada araşdırılır

Ukrayna Milli Bankının keçmiş rəhbəri Kirill Şevçenko çirkli pulların yuyulmasında şübhəli bilinir. O, həmçinin ictimai etimaddan sui-istifadədə ittiham olunur.
Sputnik
BAKI, 8 fevral — Sputnik. Avstriya prokurorluğu Ukrayna Milli Bankının keçmiş rəhbəri Kirill Şevçenkoya qarşı cinayət işini araşdırmağa başlayıb.
Məlumatı "Frans Press" agentliyi yayıb.
Siyasətçi çirkli pulların yuyulmasında şübhəli bilinir. O, həmçinin ictimai etimaddan sui-istifadədə ittiham olunur.
Şevçenko bir il əvvəl Avstriya hakimiyyətindən ona siyasi sığınacaq verilməsini xahiş etmişdi. Milli Bankın keçmiş rəhbərinin sözlərinə görə, o, Ukraynada siyasi motivlərlə təqib olunur. Hazırda bu ərizəyə hələ baxılmayıb.
Bundan əvvəl Rusiya vətəndaşı İqor Çurkinin Ukraynaya ekstradisiya üçün Argentinada məhkəmə prosesini gözlədiyi bildirilib. Müdafiə tərəfi ona siyasi sığınacaq verilməsi üçün vəsatət qaldırıb.