BAKI, 8 fevral — Sputnik. Rusiya Ermənistanı ictimai hücumlar və tənqidlər əvəzinə KTMT-dəki işlərin vəziyyətini müzakirə etməyə çağırır. Bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Pankin RİA Novosti-yə müsahibəsində bildirib.
"Biz hamımız KTMT-nin fəaliyyətinin və onun hərbi-siyasi birlik kimi səmərəliliyinin daha da yaxşılaşdırılmasında maraqlıyıq. Təbii ki, buna Ermənistanın tezliklə təşkilat daxilində normal və tam hüquqlu işə qayıtması kömək edərdi. Təəssüf ki, bizim erməni müttəfiqlərimiz hələlik həqiqətən də ondan uzaqlaşıblar. Biz İrəvandakı həmkarlarımızı ictimai emosional hücumlar və təşkilatı tənqid etmək əvəzinə siyasi və ekspertlər səviyyəsində aktual məsələləri müzakirə etməyə çağırırıq", - diplomat bildirib.
"KTMT çərçivəsində Ermənistanla qarşılıqlı hörmət əsasında dialoqun davam etdirilməsi İrəvanın təhlükəsizlik sahəsində maraqlarına cavab verir və Avrasiya məkanında, o cümlədən Cənubi Qafqaz regionunda sülhün və sabitliyin qorunmasına xidmət edir" - Pankin qeyd edib.
Ermənistan hakimiyyəti dəfələrlə KTMT və Rusiyanı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ötən ilin noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitində iştirakdan imtina edib, oktyabrda o, Bişkekdə Aİİ və MDB-nin hökumətlərarası şuralarına getməyib. 2023-cü ilin Oktyabrın 13-də Bişkekdə keçirilən MDB sammitinə Ermənistanın baş naziri gəlməyib. May ayında Ermənistan çüdafiə naziri Suren Papikyan Minskdə keçirilən KTMT Müdafiə Nazirləri Şurasının iclasında iştirak etməyib. Sentyabrda Ermənistan KTMT ölkələrinin Belarusda keçirilən təlimlərinə xilasedicilər göndərməyib və bundan əvvəl Ermənistan hakimiyyəti KTMT sülhməramlı kontingentinin respublika ərazisində "Sarsılmaz qardaşlıq-2023" təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etməyib.
Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb ölkələri Ermənistandan fəal şəkildə istifadə edirlər, Rusiya Federasiyasına qarşı onunla dost olmaq istəyirlər.
Oktyabrda Lavrov qeyd edib ki, Moskva ümid edir ki, Ermənistan baş naziri onu başqa istiqamətə çəkmək cəhdlərinə baxmayaraq, ölkənin dəyişməz kursu ilə bağlı bəyanatlarına sadiq qalacaq.