BAKI, 8 fevral - Sputnik. Moskva və Berlin dövlət strukturları səviyyəsində dialoq aparmır, çünki rabitə kanalları məhv edilib. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Almaniyada "Rosneft"in aktivlərinə əl qoyulması məsələsi üzrə qarşılıqlı fəaliyyət imkanlarını şərh edərkən bildirib.
"Dövlət və ya hökumət səviyyəsində əlaqələri nəzərdə tutursunuzsa, Moskva ilə Berlin arasında heç bir danışıqlar yoxdur" - Peskov deyib. O bildirib ki, bu kanallar əslində məhv edilib və yoxa çıxıb.
Rusiya prezidentinin sözçüsü hazırda taxıl sazişinin bərpası üçün heç bir ilkin şərtin olmadığını da bildirib. Deyib ki, Putinin Türkiyəyə səfərinin tarixi hələ müəyyən edilməyib, lakin ona hazırlıq davam edir. Moskva və Türkiyə səfərinin tarixləri təbii ki, Rusiyanın seçki dövrü və Türkiyə prezidentin sıx iş qrafiki nəzərə alınmaqla razılaşdırılan kimi elan ediləcək.
Ankaradakı diplomatik mənbələr isə Putinin Türkiyə səfərinin Rusiyada keçiriləcək 17 mart prezident seçkilərindən sonraya saxlanıldığını bildirib. Mənbələr güman edirlər ki, Rusiya lideri növbəti dəfə prezident seçiləndən sonra ilk səfərini Türkiyəyə edə bilər. Bundan əvvəl ənənəyə görə Putin prezident seçiləndən sonra ilk səfərini Belarusa edirdi.
07.02.24, 20:47
Rusiya Federasiyası və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında təmas üçün hazırlıqlar davam edir, tarixlər razılaşdırılacaq. Bu barədə TASS-a Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
Dmitri Peskov
© Sputnik / Владимир Астапкович
Bundan əvvəl Türkiyə tərəfdən Putinin bu ölkəyə səfərinin təxirə salındığı barədə məlumat yayılıb.
“Xeyr. Mən ziyarətin təxirə salındığını təsdiqləyə bilmərəm. Müddət elan olunmayıb”, Peskov bildirib.
Mətbuat katibi həmçinin bildirib ki, ən yüksək səviyyədə təmaslar var və hazırlıq davam edir:
"Tarixlər razılaşdırılacaq".
Bundan əvvəl media Putinin Türkiyəyə səfərinin fevralın 12-də baş tuta biləcəyini yazıb. Eyni zamanda, Kreml səfərin tarixlərinin vaxtında açıqlanacağını qeyd edərək, bu tarixi təsdiq etməyib.
Ankaradakı diplomatik mənbə isə RİA Novosti-yə bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə fevral ayına planlaşdırılan səfəri ilkin olaraq aprelin sonu - mayın əvvəlinə təxirə salınıb.
“İki ölkədə seçki dövrü ilə əlaqədar olaraq, bildiyiniz kimi, Türkiyədə bələdiyyə seçkiləri, Rusiyada isə prezident seçkiləri keçiriləcək, səfərin müvəqqəti olaraq aprelin sonu - mayın əvvəlinə təxirə salınması qərara alınıb”, agentliyin həmsöhbəti bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.