BAKI, 8 fevral — Sputnik. Hollandiyalı rəssam Vinsent van Qoqun 2020-ci ildə oğurlanmış "Bahar bağı" tablosu zədələnib.
Bu barədə "NL Times" qəzeti yazıb.
Sənət əsəri 2023-cü ilin sentyabrında tapılıb. Rəsmin vəziyyətini yoxlayan mütəxəssislər onun yuxarı sol küncündə bir neçə cızıq tapıblar - xoşbəxtlikdən onları bərpa etmək olar. Bundan əlavə, bəzi yerlərdə lak çatlayıb.
"Rəsm oğurluq zamanı zədələnib, lakin onu bərpa etmək olar" - bərpaçılar qeyd ediblər.
Xatırladaq ki, əsər Sinqer Larin muzeyindən oğurlanıb. Orada o, müvəqqəti sərgidə olub. 1884-cü ilə aid tablonun qiyməti 3-6 milyon avro arasında qiymətləndirilir. Onu polislə əməkdaşlıq edən məşhur incəsənət detektivi Artur Brand tapa bilib.