SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Azərbaycanda prezident seçkilərindəki fəallıq Avropanın heç bir ölkəsində ola bilməz"

Politoloq İqor Korotçenko deyib ki, bu, Azərbaycan vətəndaş cəmiyyətinin yetkinliyinin və seçicilərin yüksək məsuliyyətinin göstəricisidir.
Sputnik
BAKI, 8 fevral — Sputnik. Dünən Azərbaycanda keçirilən prezident seçkilərində müşahidə olunan seçici fəallığı Avropa İttifaqının (Aİ) heç bir ölkəsində ola bilməz.
Bunu politoloq İqor Korotçenko Azərbaycanda keçirilən prezident seçkilərinin monitorinqinin yekunlarına dair mətbuat konfransında deyib.

"Bu, Azərbaycan vətəndaş cəmiyyətinin yetkinliyinin və seçicilərin yüksək məsuliyyətinin göstəricisidir. Onlar başa düşürlər ki, səsləri, bu məsələyə töhfələri həqiqətən ölkənin gələcəyini müəyyən edir. Çünki prezident dövlətin təcəssümüdür və Azərbaycan xalqının fikrincə, vətəndaşlar ölkəni irəli aparmalı olan namizədə səs verməyə gedirdilər" - politoloq deyib.

İ.Korotçenkonun fikrincə, İlham Əliyevin qələbəsi təkcə xalqın onun siyasi kursuna verdiyi dəstəkdən irəli gəlmirdi: "Bu nəticə ondan irəli gəlir ki, onun siyasəti milli maraqları əks etdirir və heç bir kənar təzyiqə məruz qalmır".
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir.
Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.