BAKI, 7 fevral - Sputnik. ABŞ-ın keçmiş prezidenti Donald Tramp yenidən seçkilərdə qalib gələrsə, Ukraynadakı münaqişəni 24 saat ərzində dayandırmaq vədinə əməl edəcək. RİA Novosti xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda Ruandada jurnalistlərə bildirib. Dudanın çıxışı onun ofisi tərəfindən yayımlanır.
Qeyd edək ki, bir müddət əvvəl Tramp ABŞ prezidenti olsaydı, Ukraynadakı münaqişəni 24 saata bitirəcəyini bildirmişdi.
Öz növbəsində, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kiyev hakimiyyətinin münaqişənin sülh yolu ilə, o cümlədən Trampın formuluna uyğun həllinə hazır olduğuna şübhə ilə yanaşıb.
“Mən Polşa Respublikasının Prezidenti, Donald Trampın ilk prezidentlik dövründə onunla işləmiş şəxs kimi öz təcrübəmdən danışa bilərəm. Onun mənə verdiyi söz yerinə yetirildi. Deməli, əgər prezident Trampdan hər hansı vəd almışamsa, o, mənə nəsə vəd edibsə, deməli, yerinə yetirilib”, Duda deyib.
Donald Tramp
© AP Photo / Seth Wenig
“Beləliklə deyə bilərəm ki, prezident Tramp sözünün üstündə durur və nə isə deyəndə ona ciddi yanaşır”, Polşa lideri fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.