"Biz birinciyə saat 07.45-də, hətta açılışdan əvvəl hazırlığı qeyd etmək üçün gəldik və artıq o vaxt səs vermək istəyənlərin çoxluğu var idi. Əhalinin, o cümlədən gənclərin bu cür fəallığı seçki fəallığının kifayət qədər yaxşı olacağından xəbər verir. Seçkilərdə nə az, nə çox, düz 70 faiz seçici iştirak edəcəyini proqnozlaşdırırıq", Kobitski bildirib.
"Biz bütün seçki məntəqələrində həm seçicilərin, həm də müşahidəçilərin öz hüquqlarını təmin etmək üçün şərait yaratmağa çalışmışıq. Əvvəllər biz Milli Məclisdə, Mərkəzi Seçki Komissiyasında, Prokurorluqda, Xarici İşlər Nazirliyində, Konstitusiya Məhkəməsində qısamüddətli monitorinq mərhələsində görüşlər keçirdik və hər yerdə yalnız bir şeyi eşitdik: ən əsası odur ki, orada əhalidən şikayət yoxdur. Biz ürəkdən ümid edirik ki, səsvermə gününün özü konstruktiv keçəcək və nəticələri yekunlaşdırmaq bizim üçün çox asan olacaq".