RUSİYA

Rusiya MSK: Namizəd irəli sürmüş partiyalar martın 6-dək proqramlarını dərc etməlidirlər

Proqramda ekstremizm əlamətləri olmamalı, sosial, irqi, milli və ya dini ədavəti qızışdırmamalı, vətəndaşların dinə münasibətinə, sosial, irqi, milli, dini və ya dil mənsubiyyətinə görə müstəsnalığı, üstünlüyü və ya aşağılığı təbliğ edilməməlidir.
Sputnik
BAKI, 7 fevral - Sputnik. Rusiya Federasiyasının Prezidenti vəzifəsinə namizəd irəli sürmüş siyasi partiyalar 2024-cü il martın 6-dan gec olmayaraq seçki proqramını dərc etməlidirlər. Bu barədə Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.

“Xatırladırıq ki, Rusiya prezidenti vəzifəsinə qeydə alınmış namizədi irəli sürmüş bütün siyasi partiyalar öz seçki proqramını 2024-cü il martın 6-dan gec olmayaraq dərc etməlidirlər”, MSK-nın məlumatında bildirilir.

O da bildirilir ki, proqram ən azı bir ümumrusiya dövlət dövri nəşrində və İnternetdə dərc edilməlidir. Bundan əlavə, nəşrin nüsxələrini və yerləşdirilən proqramla veb saytına keçidi Rusiya Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.
“Seçki proqramı namizədin seçki kampaniyasının ən mühüm elementidir”, Mərkəzi Seçki Komissiyasından qeyd edilib.
Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart.
Hazırda Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası prezidentliyə dörd namizədi - Leonid Slutski, Nikolay Xaritonov, Vladislav DavankovVladimir Putini qeydə alıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.