RUSİYA

Moskvada 2,5 mindən çox azərbaycanlı səsvermədə iştirak etmək arzusunu bildirib - Səfir

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.
Sputnik
BAKI, 7 fevral - Sputnik. İki min beş yüz nəfərdən çox Azərbaycan vətəndaşı respublika prezidenti seçkilərində iştirak etmək üçün Moskvadakı seçki məntəqələrində qeydiyyatdan keçib. Bu barədə TASS-a Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu məlumat verib.

“Burada, Moskvada biz iki seçki məntəqəsi açdıq, çünki hazırda Moskvada olan iki min yarımdan çox Azərbaycan vətəndaşı öz istəyini bildirib və [səs vermək üçün] qeydiyyatdan keçib”. Diplomat qeyd edib. Diplomatik missiya rəhbərinin xatırlatdığı kimi, Moskvadan başqa, Sankt-Peterburq və Yekaterinburqda da “yaxın şəhərlərə səyahətlə” seçki məntəqələri yaradılıb. “Beləliklə, bu şəhərlərdə və yaxınlıqda olan vətəndaşlar öz vətəndaşlıq borcunu yerinə yetirmək imkanı əldə edirlər”, səfir əlavə edib.

Diplomat onu da qeyd edib ki, bu seçkilər ona görə xüsusi əhəmiyyət kəsb edir ki, bu seçkilər suveren Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkədə, o cümlədən Qarabağda keçirilir:

"Artıq Xankəndində, Xocalıda, doğma Şuşada səsvermə başlayıb və vətəndaşlar böyük həvəslə səs verməyə hazırlaşırlar. Əminəm ki, müdrik Azərbaycan xalqı düzgün seçim edəcək".

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Azərbaycan prezidenti postu uğrunda hazırkı dövlət başçısı İlham Əliyev də daxil olmaqla 7 namizəd mübarizə aparır.
Azərbaycan Prezidenti yeddi il müddətinə seçilir, müddətlərin sayında heç bir məhdudiyyət yoxdur. Azərbaycanda sonuncu dövlət başçısı seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.