SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MDB PA-nın müşahidəçiləri Azərbaycanda keçirilən prezident seçkilərini izləyir

6 milyon 478 min 623 seçicisi olan Azərbaycanda prezident seçkilərini 90 minə qədər yerli və xarici müşahidəçi müşahidə edəcək.
Sputnik
BAKI, 7 fevral - Sputnik. MDB Parlamentlərarası Assambleyasının (PA) müşahidəçiləri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini izləyir.
MDB PA müşahidəçiləri Səbail rayon 7 saylı seçki dairəsinin Dövlət İdarəçilik Akademiyasında yerləşən 2 saylı seçki məntəqəsində olub.
Səsvermə məntəqəsi açıldıqdan sonra MDB PA-nın müşahidəçilər missiyası burada yaradılan şəraitlə tanış olub.
MDB PA-nın müşahidəçiləri Azərbaycanda keçirilən prezident seçkilərini izləyir
Bu gün - fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkilərinə start verilib.
Yerli vaxtda səhər saat 8-də seçki məntəqələri açılıb və səsvermə başlayıb. Səsvermə saat 19:00-da başa çatacaq.
Seçkilərlə əlaqədar ümumilikdə 6 537 seçki məntəqəsi yaradılıb.
Ölkədən kənarda yaşayan Azərbaycan vətəndaşları 37 ölkədə təşkil edilmiş 49 seçki məntəqəsində səs verəcəklər.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 6319 daimi seçki məntəqəsi (bu saya müvəqqəti əsaslarla yaradılan seçki məntəqələri daxil deyil) fəaliyyət göstərəcək. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının (MSK) saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
MDB PA-nın müşahidəçiləri Azərbaycanda keçirilən prezident seçkilərini izləyir
Seçkiləri 790 beynəlxalq (72 təşkilat, 89 ölkə) və 89 min 366 yerli müşahidəçi izləyəcək.
MSK səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə gün ərzində 5 dəfə (saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00) ilkin məlumatları açıqlayacaq.
Hazırda Azərbaycanın seçici siyahılarında 6 milyon 478 min 623 seçici var.
Xatırladaq ki, bu gün keçirilən prezident seçkilərində qeydiyyata alınmış 7 namizəd mübarizə aparır. Həmin namizədlər aşağıdakılardır:
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
Fevralın 9-da bütün dairələrdən məlumatlar alındıqdan sonra nəticələr ümumiləşdirilərək ictimaiyyətə açıqlanacaq. Bu, seçkilərin ilkin nəticəsi sayılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.