BAKI, 7 fevral - Sputnik. MDB ölkələri Cənubi Qafqazda sülhün bərqərar olmasında son dərəcə maraqlıdır və Ermənistan və Azərbaycanın səylərini dəstəkləyir. Bu barədə jurnalistlərə Birliyin baş katibi Sergey Lebedev bildirib.
“İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması ilə bağlı bəyanatlar uğura gətirib çıxarsa, MDB sevinəcək... Azərbaycan Respublikası aparat rəhbəri ilə Ermənistan hökuməti arasında dekabr ayında baş tutan görüşdən və hər iki tərəfin münasibətlərdə gərginliyin azaldılması üçün bütün səylərini əsirgəməyəcəyinə, düşmənçiliyin qarşısının alınmasına dair bəyanatlardan hamımız məmnun qaldıq”, Lebedev bildirib.
Baş katib onu da qeyd edib ki, MDB dövlət başçılarının bütün görüşlərində mövzuya toxunulur, müzakirə olunur, hansı tədbirlərin görülməsi ilə bağlı fikirlər səsləndirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.