BAKI, 7 fevral — Sputnik. Kiyev rejimini silahla təmin edən ABŞ, İngiltərə, Fransa, Almaniya, Çexiya və digər ölkələrdəki Rusiyanın səfirlikləri bu ölkələrin vətəndaşlarına onların tədarük etdikləri silahlardan dinc əhaliyə və mülki infrastruktura qarşı istifadə edildiyi barədə məlumat verməlidir.
TASS xəbər verir ki, bunu Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matviyenko söyləyib.
"Xarici İşlər Nazirliyi və bu ölkələrdəki səfirliklərimiz vasitəsilə təkcə bu ölkələrdə deyil, bütün ölkələrdəki səfirliklərimizə göstəriş verməliyik ki, bununla bağlı bu ölkələrin vətəndaşlarını, ictimai təşkilatlarını və ictimaiyyətini məlumatlandırsınlar. Almaniya, Fransa və İngiltərə, ABŞ və Çexiya vətəndaşlarının bu məlumatı eşitmələri çox vacibdir, çünki onların və vergi ödəyicilərinin pulu ilə ölümcül silahlar alınır və Ukraynaya verilir. Onların gizli razılığı ilə bu silahlar yalnız mülki və dinc əhaliyə, mülki infrastruktura - xəstəxanalara, məktəblərə, avtobuslara qarşı istifadə olunur" - Federasiya Şurasının spikeri bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.