MƏDƏNİYYƏT

Hitmeyker Murad Arif: daha inamlı və sərbəst olacam

Məşhur ifaçı bu il də pərəstişkarlarını sevindirmək qərarına gəlib.
Sputnik
BAKI, 7 fevral — Sputnik. Azərbaycanın tanınmış müğənnisi və şoumeni Murad Arif mayın 23-də Heydər Əliyev Sarayında baş tutacaq növbəti konsertini elan edib.
İfaçının Sputnik Azərbaycan-a verdiyi məlumata görə, tamaşaçıları "Hitmaker" adlı yeni proqram gözləyir. Baş tutacaq konsertdə köhnə və yeni bəstələrlə yanaşı, həm də duetlər olacaq. Muradın sözlərinə görə, onun ilk solo konserti ötən il olub və bu konsertdən böyük uğur qazanıb.

"Bir il əvvəl baş tutan ilk konsertimdən eyforiya hissini aldım, buna görə də bu il də pərəstişkarları sevindirmək qərarına gəldim. Çox həyəcanlıyam, yenidən səhnəyə çıxacağım üçün səbirsizlənirəm. Tamaşaçıların mahnılarımı alqışlarla mənimlə birlikdə oxumaları üçün darıxmışam. Bu dəfə daha inamlı, sərbəst, daha da enerjili olacağam" - Murad qeyd edib.

Konsertin adına gəlincə, müğənni qeyd edib ki, belə bir seçim təsadüfi deyil, çünki mediada ona tez-tez hitmeyker adlandırırlar.
"Estradamızda bir çox hitlərin müəllifi olduğumu bir daha sübut etmək qərarına gəldim" - mügənni əlavə edib.
Murad Arif ifaçı və bəstəkar olmaqla yanaşı, həm də məşhur aparıcıdır. Onun demək olar ki, istənilən mahnısı hitə çevrilir. O, Tünzalya Ağayeva, Natavan Həbibi, Röya Ayxan, Elnarə Xəlilova, Aygün Kazımova, Faiq Ağayev, Xəyyam Nisanov, Sevda Ələkbərzadə və digər yerli məşhurların bir çox musiqi bəstələrinin müəllifidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.