BAKI, 7 fevral - Sputnik. Ermənistan tərəfi mart ayında Ermənistan və Azərbaycan parlamentlərinin spikerlərinin İsveçrədə görüşünü istisna etmir. Bu barədə Sputnik Ermənistan-a Ermənistan Milli Assambleyasının rəhbəri Alen Simonyanın ofisindən məlumat verilib.
Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq fevralın əvvəlində bildirib ki, martda ittifaqın növbəti assambleyası çərçivəsində Ermənistan və Azərbaycan parlamentlərinin spikerlərinin görüşünün keçirilməsi planlaşdırılır.
Ermənistanlı spikerin ofisi bildirib ki, martın 23-dən 27-dək keçiriləcək görüşlə bağlı hələlik konkret təklif daxil olmayıb. Bununla belə, onlar belə bir ehtimal var.
"Oxşar formatda görüş müzakirə oluna bilər", mətbuat xidmətindən bildiriblər.
O da bildirilib ki, mümkün görüşlə bağlı əlavə məlumat əldə olunan kimi bununla bağlı qərar veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.