BAKI, 7 fevral - Sputnik. Bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb. Ölkə üzrə 6 milyon 478 min 840 nəfər səsvermə hüququna malikdir. Seçicilər 125 Seçki dairəsi üzrə 6537 seçki məntəqəsində (6319 daimi, 218 müvəqqəti) səs veriblər. Səsvermə prosesi 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar tərəfindən izlənilib.
Növbədənkənar prezident seçkilərində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə 40 seçki dairəsi üzrə 500 seçki məntəqəsində, Rəy Monitorinq Mərkəzi 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində, "Sosioloji Tədqiqatlar Mərkəzi" MMC 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində “exit-poll” keçirib.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatı ilə birgə keçirdiyi “exit-poll”un ilkin nəticələrini elan edib. Təşkilatın nümayəndəsi George Brinbaum “exit-poll”un nəticələrini açıqlayıb.
Nəticələr aşağıdakı kimidir:
Hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev - 93.9 faiz;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev - 1.2 faiz;
Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 1.8 faiz;
Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa - 1.5 faiz;
Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev- 0.4 faiz;
Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev - 0.9 faiz;
Öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Fuad Əliyev - 0.3.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.