BAKI, 7 fevral – Sputnik. Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Azərbaycan prezidenti postu uğrunda hazırkı dövlət başçısı İlham Əliyev də daxil olmaqla 7 namizəd mübarizə aparır. Sputnik Azərbaycan-ın əməkdaşı işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndində seçililərlə həmsöhbət olub.
“Ağalı kəndindəki 33 saylı seçki məntəqəsində müşahidəçiyəm. Artıq siyahıda olan 971 seçicidən 700-ə qədəri seçkidə iştirak edib. Seçkilər çox şəffaf və düzgün keçirilir. Hal-hazırda seçicilərin aktivliyi çox yüksəkdir”, seçkilərdə müşahidəçilərdən biri bildirir.
Seçicilərdən biri isə prezident seçkilərində doğulduğu torpaqda iştirak etmək imkanından məmnunluğunu ifadə edib.
“Bu gün bizim üçün bayramdır. Çünki 31 il sonra öz doğma torpağında səs vermək – bu, bayramdır. Mən fəxr edirəm ki, belə bir ölkənin vətəndaşıyam”, seçicilərdən biri fikirlərini bölüşüb.
Qeyd edək ki, növbədənkənar prezident seçkilərinə bu gün saat 08:00-da start verilib. Seçkilər saat 19:00-da başa çatacaq.
Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.