CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 6 fevral – FOTO

Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
Sputnik
BAKI, 6 fevral — Sputnik. Fevralın 6-da bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Fevralın 6-da kimlər dünyaya gəlib?
Lütfi Məmmədbəyov (1927-2004) – rejissor, aktyor, Azərbaycanın Xalq artistidir. O, 60-dan çox televiziya verilişinin rejissoru olub. Lütfi "O olmasın, bu olsun", "Bəxtiyar", "Səhər", "Qızmar günəş altında", "Leyli və Məcnun", "Sehirli xalat" başqa filmlərdə rol alıb.
Yusif Axundzadə
Fransua Trüffo (1932-1984) - fransız kinorejissoru, aktyoru və ssenaristidir. O, "Amerika gecəsi", "Gəlin qara geyimdə olub", "Qadınları sevən kişi" və s. filmlərin rejissorudur.
Bob Marli
Konstantin Ernst (1961) - rusiyalı media meneceri, prodüser, rejissor, ssenarist, televiziya aparıcısıdır. O, "Rusiya layihəsi", "Əsas məsələ haqqında köhnə mahnılar", "Vladimir Putinlə birbaşa xətt" kimi layihə və filmlərin müəllifi və prodüseridir.
Konstantin Ernst
Pyotr Çernışev (1971) - rusiyalı və amerikalı fiqurlu konkisürən, beşqat ABŞ çempionu (1999-2003) və buz rəqsi üzrə Dörd Qitə Çempionatının ikiqat qalibidir (2000, 2002). O, idman karyerasını başa vurduqdan sonra məşqçi və xoreoqraf kimi fəaliyyət göstərir.
Pyotr Çernışev
Fevralın 6-da dünyada baş verən tarixi hadisələr
1900-cü ildə rusiyalı alim Aleksandr Popov dünyada ilk dəfə olaraq radio ilə dənizdə Qoqland adasında fəlakət siqnalını verib. Məlumat sahildən qopmuş buz parçası üzərində balıqçıların köməyinə gəlməli olan "Ermak" buzqıran gəminin kapitanı üçün nəzərdə tutulub.
Rus alimi, radio ixtiraçısı Aleksandr Stepanoviç Popovun portretinin reproduksiyası
1918-ci ildə Britaniya parlamenti 30 yaşdan yuxarı qadınlara səsvermə hüququ verən qanun qəbul edib.
1958-ci ildə Münhendə baş verən təyyarə qəzasında 23 nəfər həlak olub. Onların arasında Çempionlar Kuboku matçından sonra vətənə qayıdan "Mançester Yunayted" komandasının səkkiz futbolçusu da olub.
1968-ci ildə sovet astronomu Lyudmila Çernıx Krım Rəsədxanasında sonradan Qaqarin adlanan yeni əsas asteroid kəmərini kəşf edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.