BAKI, 6 fevral — Sputnik. İstanbulda məhkəməyə silahlı hücumun üçüncü iştirakçısının saxlanıldığı bildirilir. Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Həmçinin hadisə zamanı məhv edilən hücumçuların fotoları yayılıb.
Yaralılardan isə bir nəfərin öldüyü qeyd olunub.
Həmçinin hadisə zamanı məhv edilən hücumçuların fotoları yayılıb.
Yaralılardan isə bir nəfərin öldüyü qeyd olunub.
***
Bu gün Türkiyənin İstanbul şəhərində Çağlayan Məhkəməsinin qapısı qarşısındakı nəzarət-buraxılış məntəqəsində terror aktı törədilib. Hadisə zamanı 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
Sputnik Azərbaycan "TRTHaber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib. Onun sözlərinə görə, hadisə zamanı 3-ü polis olmaqla 6 nəfər yaralanıb.
Nazir qeyd edib ki, ölənlər hücum edən şəxslərdir. Zərərsizləşdirilən E.Y. və P.B. adlı şəxslərin DHKP/C terror təşkilatının üzvü olduğu müəyyən edilib.
***
İstanbulda məhkəmə binasında silahlı hücumun yeni videokadrları yayılıb. Həmin kadrlarda hücum zamanı məhkəmə iclasındakı şəxslərin panika içində olduqları görünür.
Qeyd edək ki, bu gün İstanbulda məhkəmə binasında silahlı insident olub.
Türkiyə mediasının yaydığı məlumata görə, polis əməkdaşlarına silahlı hücum edən 2 nəfər öldürülüb, 3-ü polis olmaqla 6 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya binanın mühafizəsinin gücləndirildiyini bildirib. O, öldürülən silahlı şəxslərdən birinin qadın, digərinin isə kişi olduğunu söyləyib.