BAKI, 6 fevral — Sputnik. İsrailin Moskvadakı səfiri Simone Halperin bir saatdan artıqdır ki, Rusiya Xarici İşlər Nazirliyindədir. Rusiya mətbuatı yazır ki, səfir mətbuatda bir sıra qəbuledilməz bəyanatlara görə çağırılıb.
Diplomat Bakı vaxtı ilə saat 16:00 radələrində Rusiya XİN-in binasına gəlib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi TASS-a bildirmişdi ki, Halperin "Kommersant"a müsahibəsində qəbuledilməz bəyanatlarla əlaqədar Rusiya diplomatik xidmətinə çağırılacaq.
XİN qeyd edib ki, verilən bəyanatlar diplomatik missiya üçün son dərəcə uğursuz başlanğıcdır. Diplomatik missiya iki ölkə xalqlarının maraqları naminə ikitərəfli münasibətləri inkişaf etdirməyə yönəlməlidir.