BAKI, 6 fevral — Sputnik. Britaniya kralı III Karl xərçəng xəstəliyinin müalicəsi zamanı baş nazir Rişi Sunak ilə həftəlik görüşlər keçirmək niyyətindədir.
Bu bəyanatı "Sky News" və "BBC" televiziya kanalları yayıb.
Həkimlər krala müvəqqəti olaraq vəzifəsindən əl çəkməyi və dövlət problemlərini həll etməməyi, həmçinin sənədlərlə işləməməyi tövsiyə ediblər. Lakin III Karl bu tövsiyələrdən bəzilərini pozacaq.
Məsələn, o, hər səhər parlamentin qəbul etdiyi qanunları öyrənmək niyyətindədir. Kral, adətən qırmızı portfeldə ona verilən sənədləri imzalayacaq.
Bundan başqa, o, Bukingem sarayında baş nazirlə görüşlərini də ləğv etməyəcək. Tərəflər mühüm hadisələri də müzakirə edəcək və kral hökumət başçısına müvafiq məsləhətlər verməkdə davam edəcək.
Daha əvvəl xəbər verilmişdi ki, III Karlın xəstəliyi xəbəri Amerika lideri Co Baydeni həyəcanlandırıb. O, kralın səhhətindən narahat olduğunu bildirib.