BAKI, 6 fevral — Sputnik. Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində davam edən "World Defence Show-2024" Beynəlxalq Müdafiə Sərgisində iştirak edən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev bir neçə görüş keçirib.
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə V.Mustafayev Səudiyyə Ərəbistanı Krallığının müdafiə nazirinin müavini Əbdülrəhman bin Məhəmməd bin Əbdüləziz bin Əyyaf Əl Muqrin ilə görüşüb.
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev “World Defence Show-2024” sərgisi çərçivəsində bir sıra görüşlər keçirib
Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində birgə əməkdaşlıq imkanları müzakirə edilib və qarşı tərəfin təcrübə mübadiləsində maraqlı olduğu vurğulanıb.
Daha sonra V.Mustafayev İraqın Müdafiə Sənayesi Komitəsinin rəhbəri Mustafa Ati Hassan, İraqın Baş nazirinin müşaviri Məhəmməd Əl Darraj və İspaniyanın "Escribano Mechanical and Engeenering" şirkətinin rəhbərliyi ilə görüşüb.
Görüşlərdə mövcud əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev “World Defence Show-2024” sərgisi çərçivəsində bir sıra görüşlər keçirib
Xatırladaq ki, Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində ikinci dəfə təşkil edilən "World Defence Show-2024" Beynəlxalq Müdafiə Sərgisi fevralın 4-də öz işinə başlayıb. Tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
45-dən çox ölkədən 750-dən artıq iştirakçı və 115 xarici nümayəndənin qatıldığı "World Defence Show-2024" sərgisində Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi stenddə Azərbaycan istehsalı olan 107 adda müdafiə təyinatlı məmulatlar nümayiş olunur.