CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 5 fevral – FOTO

Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
Sputnik
BAKI, 5 fevral — Sputnik. Fevralın 5-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Fevralın 5-də kimlər dünyaya gəlib?
Qara Qarayev (1918 - 1982) - Azərbaycan bəstəkarı və SSRİ xalq artistidir. O, üç opera, balet və simfoniyanın, habelə çoxsaylı instrumental musiqi əsərlərinin, tamaşa və kinofilmlər üçün musiqinin müəllifidir.
Qara Qarayev
Rüstəm İbrahimbəyov (1939 - 2022) - Azərbaycanın xalq yazıçısı, Azərbaycan SSR və Rusiyanın əməkdar incəsənət artisti, ssenarist və kinorejissordur. Onun əsərləri əsasında 40-dan çox bədii və televiziya filmi çəkilib: "Bir cənub şəhərində", "Səhranın bəyaz günəşi", "İstintaq", "Ad günü" və s. Ssenarisini yazdığı "Günəşdən usanmışlar" filmi ABŞ-ın "Oskar" film mükafatına layiq görülüb.
Rüstəm İbrahimbəyov
Hayrem Maksim (1840 - 1916) - ABŞ-da doğulan britaniyalı ixtiraçıdır. O, silah ustası, "Maksim" pulemyotunun yaradıcısıdır (1884). Ömrünün son illərində uçuş aparatlarının inkişafı ilə məşğul olub. Maksim dəmir yolundan qalxmalı olan buxar mühərriki ilə işləyən nəhəng helikpteri yaradıb.
Aleksandr Oveçkin "Maksim" pulemyotundan atəş açır
Andre Qustav Sitroen (1878 - 1935) - fransız sənayeçisi, "Citroën" konserninin və eyni adlı avtomobilin yaradıcısıdır. Onun şirkəti 1930-cu illərin əvvəllərində Avropanın ən uğurlu avtomobil istehsalçılarından biri olub. Lakin Andrenin qumara olan həvəsi onu iflasa uğradıb.
Citroen C3 WRC idman maşını
Neymar Neymar (1992) Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun və Braziliya milli komandasının hücumçu yarımmüdafiəçisi, braziliyalı futbolçu və hücumçudur. Onun əsl adı Neymar da Silva Santos Juniordur. Neymar dünyanın ən yaxşı oyunçularından biri hesab olunur və Braziliya milli komandası tarixində ən yaxşı qol vuran futbolçudur (79 qol).
Braziliyalı futbolçu Neymar
Kriştiano Ronaldo (1985) - portuqaliyalı futbolçu, hücumçu, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" futbol klubunun və Portuqaliya yığmasının kapitanıdır. O, bütün zamanların ən yaxşı futbolçularından biri hesab olunur. Ronaldo tarixdə İngiltərə Premyer-Liqasını, İspaniya La Liqası və İtaliya A Seriyasını qazanan ilk futbolçudur.
Kriştiano Ronaldo
Fevralın 5-də dünyada baş verən tarixi hadisələr
1807-ci ildə Rodriqes adasında İngiltərənin "Blenheim" və "Java" gəmiləri ilə əlaqə kəsilib və təxminən 870 nəfər həlak olub.
1919-cu ildə Avropada ilk müntəzəm sərnişin aviaşirkəti fəaliyyətə başlayıb. Bu şirkət Almaniyanın iki şəhərini - Berlin və Veymarı birləşdirib.
1928-ci ildə D vitaminini süni şəkildə sintez etmək mümkün olub.
1952-ci ildə Nyu York küçələrinin birində tarixdə ilk dəfə piyadalar üçün işıqfor quraşdırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.