BAKI, 5 fevral — Sputnik. Ər-Riyadda "World Defense Show" beynəlxalq müdafiə sərgisi açılıb.
Sərgidə Quru qoşunları, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri üçün məhsullar, eləcə də təhlükəsizlik və peyk mühafizəsi sahəsində müxtəlif vəsaitlər nümayiş etdirilir.
"World Defense Show" 2022-ci ildə Səudiyyə Ərəbistanının Hərbi Sənaye Baş İdarəsi tərəfindən təsis edilib. Departamentdən bildirilib ki, krallıq müdafiə sektoruna dünyada hamıdan çox pul xərcləyir və 2030-cu ilə qədər silah istehsalını 50% yerliləşdirməyi planlaşdırır.
Bu dəfəki sərgidə Rusiya yüzdən çox silah növü nümayiş etdirir. O cümlədən, geniş ictimaiyyət BMP-3, "Spartak", "Tayfun-K", "Titan" zirehli texnikası, müasir hava hücumundan müdafiə sistemləri, qırıcı, bombardmançı təyyarələr, PUA-lar və əks tədbirlərlə tanış ola bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.